Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2016 09:00

"Xəzər kuboku - 2016" müsabiqəsində hərbi dənizçilərimiz mükafatlandırılıb

Azərbaycan hərbi dənizçilərinin də iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları -2016" yarışları çərçivəsində keçirilən "Xəzər kuboku - 2016" müsabiqəsinə yekun vurulub.
Mükafatlandırma mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini 1-ci dərəcəli kapitan Sübhan Bəkirov, Rusiya Federasiyası Xəzər Donanmasının komandanı kontr-admiral Sergey Pinçuk və Dağıstan Muxtar Respublikasının rəsmi nümayəndələri iştirak ediblər.
G-124 gözətçi gəmisinin zabiti baş leytenant İsrail Məmmədov nümayiş etdirdiyi bacarıq və peşəkarlığa görə fərdi mükafata layiq görülüb.
"Xəzər kuboku - 2016" müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq komandamız ikinci yerə layiq görülərək xüsusi medalla təltif edilib.