AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissə və obyektlərdə tikinti və yenidənqurma işləri davam etdirilir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib.
İyunun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib.
Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin 31 dövləti təmsil edən, 114 nəfərdən ibarət "Ali kurs" dinləyicilərindən ibarət nümayəndə heyətinin iyun 22-dən Azərbaycana akademik səfəri başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində idarəetmə orqanları, birlik, birləşmə, həmçinin hərbi hissələrin cəlb olunduğu operativ-taktiki təlimlərin iyunun 22-də döyüş atışlı mərhələsi keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
İyunun 20-dən 24-dək Latina şəhərində (İtaliya Respublikası) effektiv görüntülü icra və nəzarət modulu üzrə icraedici kursu və NATO-nun kommunikasiya və informasiya sistemləri mövzusunda kurs, iyunun 20-dən 25-dək Tulon şəhərində (Fransa Respublikası) NATO-nun "MAREVAL" kursunda zabit-təlimatçı qismində iştirak, iyunun 20-dən 30-dək Gelzenkirxen şəhərində (Almaniya Federativ Respublikası) Vyana-11 sənədi üzrə beynəlxalq kurs, iyunun 20-dən iyulun 1-dək isə Tbilisi şəhərində (Gürcüstan) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursu keçirilir.
Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib.