AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi Təhsil yardımı proqramına əsasən martın 14-dən martın 28-dək Hürt şəhərində (Almaniya) Alman dili müəllimlərinin təkmilləşdirmə seminarı keçiriləcək.
Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən martın 10-da Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında qərargah danışıqları, martın 10-dan aprelin 25-dək Şrivenhem şəhərində (Böyük Britaniya) Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə 9-cu kurs, martın 10-dan martın 14-dək Ankara və İstanbul şəhərlərində (Türkiyə Respublikası) Terrorizmə qarşı mübarizə kursu və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma üzrə 4-cü işçi görüşü keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli təşkilatının baş direktoru cənab Zubair İqbal Maliki qəbul edib.
Martın 4-dən martın 7-dək Bakı şəhərində (Azərbaycan) Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminin yekun planlaşdırma konfransı və Azərbaycan – ABŞ ikitərəfli iş planına əsasən martın 5-dən martın 11-dək Qarmiş Partenkirxen şəhərində (Almaniya) xarici dillər kursları rəhbərlərinin konfransı keçiriləcək.