Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib 28 Fevral 2014 09:00

Fevralın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqunu qəbul edib.

Silahlı Qüvvələrin şahmat birinciliyi başa çatıb 27 Fevral 2014 09:00

Bakıda yerləşən hərbi hissələrdən birində təşkil olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şahmat birinciliyi başa çatıb.

Şəhid kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu dəfn edilib 27 Fevral 2014 09:00

Döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində dünən şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu fevralın 27-də doğulduğu Xaçmaz rayonunun Sayad kəndində dəfn olunub.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib 26 Fevral 2014 09:00

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri təşkil olunub.

Əsgərimiz şəhid olub 26 Fevral 2014 09:00

Fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Müdafiə naziri NATO-nun Mənzil-Qərargahına yola düşüb 26 Fevral 2014 09:00

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində fevralın 27-də keçiriləcək növbəti görüşdə iştirak etmək üçün Belçika Krallığına yola düşüb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 24 Fevral 2014 09:00

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 26-dən 28-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 22 Fevral 2014 09:00

Fevralın 23-dən martın 6-dək Nyuport şəhərində (ABŞ) "Kölgə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi və Azərbaycan - Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 24-dən aprelin 4-dək Vışkov şəhərində (Çex Respublikası) Təlimatçı hazırlığı kursu keçiriləcək.

Azərbaycan Respublikasının Müdafiə nazirinin şəxsi heyət üzrə müavini Qazaxıstan Respublikası Müdafiə nazirinin müavinini qəbul edib 20 Fevral 2014 09:00

Fevralın 20-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Çingiz Məmmədovun Bakıda səfərdə olan Qazaxıstan Respublikası Müdafiə nazirinin müavini cənab Bakıtjan Abdirayımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib 20 Fevral 2014 09:00

Fevralın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.