AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin əsaslı təmir edilmiş inzibati binasının açılış mərasimində iştirak ediblər.
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 20 yanvar şəhidlərinin ildönümünə həsr olunmuş "Ölməzliyə qovuşanlar" mövzusunda xatirə mərasimi təşkil edilib.
Son vaxtlar Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif məzmunlu məlumatlar dərc olunur, elektron mediada və sosial şəbəkələrdə yerləşdirilir.
Yanvarın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Amangeldı Jumabayevi qəbul edib.
Yanvarın 12-də Gəncə səhərində yerləşən "N" saylı hərbi hissəsələrdən birində 1995-ci il təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Əlizadə Rəvan Arif oğlu və 1995-ci il təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayonu şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Nəcəfov Nicat Vüqar oğlu özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər (sol saidin kəsilmiş yaraları diaqnozu).
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Yanvarın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasına rəsmi səfərə yola düşüb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək.
Yanvarın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.