Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2014 09:00

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 20 yanvar şəhidlərinin ildönümünə həsr olunmuş xatirə mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 20 yanvar şəhidlərinin ildönümünə həsr olunmuş "Ölməzliyə qovuşanlar" mövzusunda xatirə mərasimi təşkil edilib.
Tədbirdə şəxsi heyətlə yanaşı şəhid ailələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Xatirə mərasimində millət vəkili Qənirə Paşayeva, akademik Vəli Əliyev və digər ictimaiyyət nümayəndələri çıxış edərək 20 yanvar hadisələrini xatırlamış və Azərbaycan xalqına qarşı törədilmiş bu terrora xalqımızın Ümummilli lideri Heydər Əliyevin ilk olaraq etiraz etdiyini bir daha vurğulamışlar.
Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Sevda İbrahimovanın və Azad Zahidin Abdulla Qurbaninin sözlərinə yazdıqları "Gül ömürlü qəhrəman" və "Şəhidlər" elegiyaları Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri və C.Cahangirov adına xorun müşayiəti ilə vokal ustası Ramil Qasımov tərəfindən ifa edildi.
Tədbirin sonunda Respublika Şəhid anaları Xeyriyyə Mərkəzinin sədri, şəhid anası Rəfiqə Əsgərova Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına şəhid ailələri adından dərin minnətdarlığını bildirdi.