AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Türkiyədə keçiriləcək IDEF-2013 on birinci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün dəvət alan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev mayın 6-da İstanbula yola düşüb.
Mayın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq təntənəli mərasim keçirilib.
Xəbər verildiyi kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir.
Mayın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.