Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 3 Avqust 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 2-də saat 23:20-dən 23:40-dək və 23:30-dan 23:55-dək Ağdam rayonunun Sarıcalı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 22:50-dən 22:55-dək və avqustun 3-də saat 04:50-dən 05:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan kəndləri və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 2 Avqust 2010 00:02

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 3-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 2 Avqust 2010 00:01

Tədbirlərin siyahısı Tacikistan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi p-k Bahrom Rüstəmovun AAHM ilə tanışlıq səfəri (təhsil alan 5 kursantı müşayiət edir)01-04.08.2010Bakı, AzərbaycanAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən09-13.08.2010 Xüsusi maneəli marşrut üzrə komando kursu Eğirdir/lsparta, TürkiyəFTP-dən əlavə09.08.2010-17.06.2011 Birləşmiş Komandanlıq və Baş Qərargah Kursu Tartu, EstoniyaÇexiya Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşesinin səfəri09-12.08.2010Bakı, AzərbaycanAzərbaycan-ABŞ iş planına əsasən09-13.08.2010 Desant əməliyyatları mövzusunda seminarBakı, AzərbaycanAzərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən10-16.08.2010ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının Komandanının səfəri Bakı, Azərbaycan.

Müdafiə Nazirliyinin məlumatı 2 Avqust 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 1-də saat 21:45-dən 21:55-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi;- saat 23:20-dən 23:30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 17:40-dan 17:45-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:30-dan 19:20-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 10:00-dan 10:15-dək, 21:50-dən 22:00-dək, 22:00-dan 22:15-dək və 23:30-dan 00.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- avqustun 2-də saat 00:50-dən 01:00-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 03:15-dən 03:25-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.