AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 2-də saat 23:20-dən 23:40-dək və 23:30-dan 23:55-dək Ağdam rayonunun Sarıcalı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:50-dən 22:55-dək və avqustun 3-də saat 04:50-dən 05:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan kəndləri və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.