AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Keçən həftə Ermənistanın baş naziri S.Sarkisyan xarici mətbuat nümayəndələri ilə görüşdə Azərbaycana qarşı həyasız ittihamlarını davam etdirib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 2-də saat 15:45-dən 16:05-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndinin cənub-qərbində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini;- saat 18:36-dan dekabrın 3-ü saat 05:15-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 00:15-dən 05:35-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 1-də saat 00:05-dən 00:07-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:55-dən 04:25-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 04:45-dən 05:15-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.