AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 8-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun hərbi-siyasi rəhbəredici komitəsinin görüşü və martın 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya) “NATO-nun mülki-hərbi əməkdaşlığı” üzrə kurs keçirilir.
Martın 5-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristounu qəbul etmişdir.
Fevralın 26-da azaraq düşmən sahəsində minaya düşüb həlak olmuş “N” saylı hərbi hissənin giziri Əhmədov Rəşad Həmdulla oğlunun cəsədi martın 2-də Azərbaycan tərəfə qaytarılmışdır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 1-dən 5-dək Oberammerqau şəhərində (Almaniya) “NATO-nun Sülhü Dəstəkləmə Əməliyyatları” üzrə kurs, Riqa şəhərində (Latviya) “Əməliyyat, Rabitə və İnformasiya sistemlərinin planlaşdırılması” üzrə işçi görüşü, martın 1-dən 12-dək Brunssum şəhərində (Hollandiya) “Çoxmillətli Birləşmiş Operativ Qüvvələrin Qərargah Zabitləri kursu” və martın l-dən 19-dək Oberammerqau şəhərində (Almaniya) “Qərargah zabitləri kursu” keçirilir.