AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyasının prezidenti cənab Rafael Estrellanı və NATO Parlament Assambleyasının Baş katibi cənab Saymon Lannı qəbul etmişdir.
Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Əhəd Qəzayini və İran İslam Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi general-mayor Musa Şəhabini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 17-si və 18-də Oberommerqau şəhərində (Almaniya Federativ Respublikası) 2002-ci il üçün planlaşdırma simpoziumu keçiriləcəkdir.
Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilsonu və yeni təyin olunmuş hərbi attaşesi mayor Mark Casperi qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 14-dən 17-dək Bled şəhərində (Sloveniya) “Kooperativ Key - 2002” təlimlərinin ilkin planlaşdırma konfransı, yanvarın 14-dən fevralın 1-dək Vişkov şəhərində (Çexiya) Sülhü qoruma əməliyyatları kursu, Brüssel şəhərində (Belçika Krallığı) isə yanvarın 15-dən 17-dək NATO-SNT rabitə və informasiya agentliyinin rəhbərliyi ilə simpozium və yanvarın 15-dən 21-dək NATO-nun “Veriti” işçi görüşü keçiriləcək.