Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 20 Oktyabr 2001 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 22-də Brüssel şəhərində (Belçika Krallığı) minalar üzrə işçi qrupu ekspertlərinin görüşü, oktyabrın 22-dən 26-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) fövqəladə hallarda mülki xidmətlərin işinin planlaşdırılması üzrə kurs, Vled şəhərində (Sloveniya) hərbi informasiya üzrə işçi görüşü, Verona şəhərində (İtaliya) hərbi əməkdaşlıq üzrə seminar, Ankara şəhərində (Türkiyə Respublikası) “Sülhün dəstəklənməsi üzrə əməliyyatlarda hərbi müşahidəçilər” kursu və oktyabrın 22-dən noyabrın 2-dək İstanbul şəhərində (Türkiyə Respublikası) “Sülhün dəstəklənməsi üzrə əməliyyatlarda Quru, Hava və Dəniz qoşunlarının qarşılıqlı əlaqəsi” üzrə kurs keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 19 Oktyabr 2001 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 20-dən 23-dək Türkiyə Respublikasında “Qara dəniz əməkdaşlığı” təlimi keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 4 Oktyabr 2001 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev oktyabrın l-dən 3-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 1 Oktyabr 2001 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Müdafiə naziri Səbahəddin Çaxmakoğlunun dəvətilə oktyabrın 1-də Türkiyə Respublikasına rəsmi səfərə yola düşmüşdür.