Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 22-də Brüssel şəhərində (Belçika Krallığı) minalar üzrə işçi qrupu ekspertlərinin görüşü, oktyabrın 22-dən 26-dək  Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) fövqəladə hallarda mülki xidmətlərin işinin planlaşdırılması üzrə kurs, Vled şəhərində (Sloveniya) hərbi informasiya üzrə işçi görüşü, Verona şəhərində (İtaliya) hərbi əməkdaşlıq üzrə seminar, Ankara şəhərində (Türkiyə Respublikası) “Sülhün dəstəklənməsi üzrə əməliyyatlarda hərbi müşahidəçilər” kursu və oktyabrın 22-dən noyabrın 2-dək İstanbul şəhərində (Türkiyə Respublikası) “Sülhün dəstəklənməsi üzrə əməliyyatlarda Quru, Hava və Dəniz qoşunlarının qarşılıqlı əlaqəsi” üzrə kurs keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.