AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 28-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tərtər rayonu sahəsindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Sentyabrın 25-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Avropada Təhlükəsizlik və müdafiə problemlərinin öyrənilməsi üzrə Corc Marşal adına Mərkəzin məzunlarının Xəzər Assosiasiyasının növbəti iclası keçirilmişdir.
Sentyabrın 22-də saat 01:20-dən 02:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Seyidli kəndinin cənubundakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qaradağlı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan vaxtaşırı atəşə tutmuşlar.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Yusifcanlı yaşayış məntəqəsi sahəsindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Sentyabrın 12-də saat 23:30-dan 23:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Baş Qərvənd kəndinin cənubundakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Əhmədağalı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanovun dəvətilə sentyabrın 6-dan 8-dək Moskva şəhərində işgüzar səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanovun dəvətilə sentyabrın 6-da Moskva şəhərinə səfərə yola düşmüşdür.
Sentyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Azəbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiz Məhəmməd Xosonu qəbul etmişdir.