Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 28 Sentyabr 2000 00:01

Sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Stenli Eskuderonu Azərbaycanda diplomatik missiyasını başa vurması ilə əlaqədar qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Sentyabr 2000 00:02

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çakmakoğlu sentyabrın 20-də Bakıya səfərə gələcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Sentyabr 2000 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 19-dan 20-dək Varşava şəhərində (Polşa) tərəfdaşlığın məqsədləri üzrə Analiz və Planlaşdırmanın prosesləri seminarı, sentyabrın 19-dan 22-dək Vilnüs şəhərində (Litva) təhsil məsələləri üzrə seminar və sentyabrın 20-dən 22-dək Brüssel şəhərində (Belçika Krallığı) kütləvi qırğın silahlarının tətbiqi və ondan müdafiə üzrə ekspertlərin 7-ci işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 18 Sentyabr 2000 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 18-dən 22-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dövlətlərin təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə konfrans, Latina şəhərində (İtaliya) rabitə və informasiya sistemləri üzrə kurslar, İstanbul şəhərində (Türkiyə Respublikası) "Qara dəniz əməkdaşlığı 2000" təlimləri və Brüssel şəhərində (Belçika Krallığı) beynəlxalq hərbi əməkdaşlıq məsələləri üzrə nümayəndələrin görüşü keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 16 Sentyabr 2000 00:01

Azərbaycan Respublikası hökuməti və ABŞ Dövlət Departamenti arasında 04 avqust 2000-ci il tarixində imzalanmış "Minalardan təmizləmə humanitar təliminə dair anlaşma haqqında" Memoranduma əsasən sentyabrın 18-dən noyabrın 3-dək Tbilisi şəhərində (Gürcüstan) minalardan təmizləmə humanitar kursları keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 14 Sentyabr 2000 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 15-dən 24-dək Xerlbert şəhərində (Amerika Birləşmiş Ştatları) yerləşən ABŞ Hərbi Hava Qüvvələri bazasında "Kooperativ Zenit" sülhməramlı təlimləri keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 11 Sentyabr 2000 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 11-dən 15-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) adi silahlar üzərində nəzarət üzrə tanışlıq kursları, sentyabrın 11-dən 22-dək Özbəkistan və Qazaxıstan ərazisində “Mərkəzasbat-2000” təlimləri, sentyabrın 11-dən 22-dək Kluj-Napoka şəhərində (Rumıniya) “Kooperativ Best Effort” sülhməramlı təlimləri keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 5 Sentyabr 2000 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 5-dən 6-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO üzvü və tərəfdaş dövlətlərin ekspertlərinin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri üzrə ilk işçi görüşü, sentyabrın 5-dən 8-dək Lüsern şəhərində (İsveçrə) "Kooperativ Determineyşn" təlimlərinin planlaşdırılması üzrə yekun konfransı və sentyabrın 5-dən 15-dək Konstansa şəhərində (Rumıniya) "Kooperativ Key" sülhməramlı təlimləri keçirilir.