AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 1998-ci il avqustun 31-dən sentyabrın 4-dək Sofiya şəhərində (Bolqarıstan) çoxmillətli “Kooperativ Determineyşn” təliminin planlaşdırılması üzrə konfrans keçiriləcəkdir.
İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi protokol idarəsinin dəvətilə, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndəsi 1998-ci il avqustun 30-dan sentyabrın 5-dək İsveçrə Silahlı Qüvvələri ilə tanış olmaq məqsədilə bu ölkənin Sürix şəhərinə səfərə gedəcəkdir.
Avqustun 25-də saat 10:15-dən 11:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Murovdağ silsiləsi ərazisindəki Ağdağ mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin həmin silsilədəki Koroğlu dağındakı mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin, onun idarə və şöbələrinin respublika ictimaiyyəti, hərbi qulluqçular və onların ailə üzvləri ilə əlaqələrinin genişləndirilməsi, ərizə, şikayət, müraciət və xahişlərin çevik həll edilməsi məqsədilə Nazirliyin mərkəzi aparatında “39 45 40” və “38 61 70” nömrəli etimad telefonları yaradılmışdır.
ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, 1998-ci il avqustun 18-də Ermənistan-Azərbaycan cəbhəsinin Füzuli rayonu sahəsində, qoşunların təmas xəttinin hər iki tərəfində səhra komandirlərinin şəxsində ATƏT missiyaçılarının monitorinqi keçiriləcəkdir.