AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyinin, onun idarə və şöbələrinin respublika ictimaiyyəti, hərbi qulluqçular və onların ailə üzvləri ilə əlaqələrinin genişləndirilməsi, ərizə, şikayət, müraciət və xahişlərin çevik həll edilməsi məqsədilə Nazirliyin mərkəzi aparatında “39 45 40” və “38 61 70” nömrəli etimad telefonları yaradılmışdır.
Vətəndaşlar hər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri saat 16:00-dan 19:00-dək həmin telefonlarla Müdafiə Nazirliyinə zəng edə bilərlər.