Müdafiə Nazirliyinin, onun idarə və şöbələrinin respublika ictimaiyyəti, hərbi qulluqçular və onların ailə üzvləri ilə əlaqələrinin genişləndirilməsi, ərizə, şikayət, müraciət və xahişlərin çevik həll edilməsi məqsədilə Nazirliyin mərkəzi aparatında “39 45 40” və “38 61 70” nömrəli etimad telefonları yaradılmışdır.
Vətəndaşlar 1998-ci il avqustun 18-dən başlayaraq, hər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri saat 16:00-dan 19:00-dək həmin telefonlarla Müdafiə Nazirliyinə zəng edə bilərlər.