Müdafiə Nazirliyinin məlumatı
2 Mart 1998 00:00
Martın 1-də saat 14:10-dan 19:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Tap-Qaraqoyunlu kəndi sahəsindəki bölmələrini avtomatik qumbaraatanlardan, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən vaxtaşırı atəşə tutmuşlar.