AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il sentyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələri yaradılmasının VI ildönümünə həsr edilmiş birinci ordu spartakiadasının açılış mərasimi olacaqdır.
1997-ci il sentyabrın 8-dən 12-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Almaniya Federativ Respublikasının Oberammergau şəhərində ehtiyat, idarəetmə və təhsil sahəsində kurslar keçirilir.
1997-ci il sentyabrın 6-da Mərkəzi Zabitlər evində Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev cənablarının Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərinin yekunlarına həsr olunmuş iclası keçirilib.