Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 1997 00:01

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il sentyabrın 6-da Mərkəzi Zabitlər evində Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev cənablarının Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərinin yekunlarına həsr olunmuş iclası keçirilib. Toplantını giriş sözü ilə müdafiə nazirinin sosial və siyasi işlər üzrə müavini polkovnik M. Səlimov açdı. Sonra Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant S.Əbiyev geniş məruzə ilə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev cənablarının ABŞ-a tarixi səfərinin cahanşümul əhəmiyyətindən danışdı.
Məruzə ətrafında çıxış edən nazir müavini – general-mayor R.Rzayev,  I dərəcəli kapitan M.Baxşıyev, zabitlər M. Baxşəliyev, İ.Məlikov, sıravi əsgər E.Eyvazov və kursant R.Xalıqov Respublika Prezidenti H.Əliyev cənablarının ABŞ-a səfərinin müstəqil ölkəmizin inkişaf tarixində mühüm bir mərhələ olduğunu qeyd edərək, Silahlı Qüvvələrin şəxsi heyətinin onun hər bir əmrini yerinə yetirməyə hazır olduğunu söyləmişlər.
Toplantının sonunda Silahlı Qüvvələrin şəxsi heyəti adından Azərbaycan Respublikası Prezidenti – Ali Baş Komandan Heydər Əliyev cənablarına müraciət qəbul edilmişdir.