Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 1997 00:01

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il sentyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələri yaradılmasının VI ildönümünə həsr edilmiş birinci ordu spartakiadasının açılış mərasimi olacaqdır. Spartakiadada idmanın 8 növü – yüngül atletika, hərbi üçnövçülük, daş qaldırma, voleybol, futbol, sambo, yunan-roma və sərbəst güləş üzrə yarışlar keçiriləcək. İdman bayramı oktyabrın 25-dək davam edəcək. Qaliblər Müdafiə Nazirliyi tərəfindən təsis edilmiş kubok, priz və keçici bayraqlarla təltif ediləcəklər.
Birinci Ordu spartakiadasının açılış mərasimi sentyabrın 24-də saat 16:00-da Müdafiə Nazirliyi Ordu İdman Klubunun stadionunda olacaq.