AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il avqustun 22-də “N” bölgəsində Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant Səfər Əbiyevin sədrliyi ilə Müdafiə Nazirliyi Kollegiyasının 1997-ci ilin birinci yarımilində hərbi hissə və birləşmələrdə hərbi intizamın təhlili və nəticələri, törədilmiş cinayət və hadisələrin səbəbləri, bunların aradan qaldırılması yolları, hərbi hissələrdə intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi vəzifələrinə həsr olunmuş geniş iclası keçirilmişdir.
1997-ci il avqustun 18-dən başlayaraq Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqaviləyə uyğun olaraq çoxmillətli inspeksiya qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində yoxlama keçirəcəkdir.
Xəbər verdiyimiz kimi 1997-ci il avqustun 11-də NATO hərbi komitəsinin sədr müavini general-leytenant Nikolas Kexou Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
NATO-nun hərbi komitəsinin sədr müavini general-leytenant N.Kexou Cənubi Qafqaz regionu dövlətlərinə səfər çərçivəsində 1997-ci il avqustun 11-dən 13-dək Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.