Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 1997 00:01

Müdafiə Nazirliyinin məlumatı

Xəbər verdiyimiz kimi 1997-ci il avqustun 11-də NATO hərbi komitəsinin sədr müavini general-leytenant Nikolas Kexou Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. O, avqustun 12-də Şəhidlər Xiyabanını ziyarət etmiş və respublikamızın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların məzarına əklil qoymuşdur.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev hörmətli qonağı və onu müşayiət edən şəxsləri qəbul etmişdir. Onları səmimiyyətlə salamlayan Müdafiə naziri Qafqaz regionundakı hərbi-siyasi vəziyyət haqqında, Azərbaycan Müdafiə Nazirliyinin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən təlimlərdə və planlaşdırma tədbirlərində uğurla iştirak etməsindən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsindən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində  NATO-ya inteqrasiyasının dərinləşdirilməsi yollarından söhbət açmışdır.
Səmimi qəbul üçün nazirə öz təşəkkürünü bildirən NATO nümayəndəsi Azərbaycan Respublikası kimi dost bir ölkəyə məmnuniyyətlə gəldiyindən, “Sülh Naminə Tərəfdaşlıq” proqramının məqsədlərdindən və qayəsindən, onun regionda möhkəm sülh və əmin-amanlıq yaratmaq səylərindən geniş bəhs etdi.
Avqustun 13-də cənab N. Kexou Mərkəzi Zabitlər evində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin baş zabit heyəti ilə brifinq keçirmişdir. Brifinqdə o, NATO-nun strateji planlarından, onun dünyada və Avropada təhlükəsizliyə və sülhə xidmət etməsindən, NATO-Rusiya münasibətlərindən danışmışdır. Brifinqin sonunda o, zabitlərin suallarına cavab vermişdir.
Cənab N. Kexou həmin gün Tbilisiyə yola düşmüşdür.