Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 27 Yanvar 1997 00:01

1997-ci il yanvarın 27-dən 31-dək Almaniyanın Oberammergau şəhərində NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sülhməramlı kurslar keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 16 Yanvar 1997 00:01

1997-ci il yanvarın 18-dən 22-dək və yanvarın 24-dən 25-dək Azərbaycanın hərbi-təhsil müəssisələrində ingilis dilinin tədrisi ilə tanışlıq və Azərbaycan Respublikasında ingilis dili kurslarının təşkil edilməsi üçün Böyük Britaniyadan mütəxəssislərin göndərilməsi məsələsinə baxmaq məqsədilə Böyük Britaniya HHQ-nin nümayəndəsi mayor Merion Yetsin və Böyük Britaniya XİN-nin nümayəndəsi cənab Lourens Veldonun Azərbaycan Respublikasına rəsmi səfəri olacaqdır.

Müdafiə Nazirliyinin məlumatı 13 Yanvar 1997 00:01

1997-ci il yanvarın 14-dən 17-dək Strateji Tədqiqatlar və Müdafiə Sənayesi Marşall Mərkəzi Kollecinin (Almaniya) direktoru polkovnik Çek M.

Müdafiə Nazirliyinin məlumatı 11 Yanvar 1997 00:02

1997-ci il yanvarın 14-dən 17-dək Brüsseldə NATO-nun qərargah-mənzilində Verifikasiya Əlaqələndirmə Komitəsinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə üzrə NATO-nun informasiya kompüter sistemi çərçivəsində informasiya mübadiləsinin həyata keçirilməsinin praktiki məsələlərinə həsr edilmiş seminar keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 11 Yanvar 1997 00:01

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2 yanvar 1997-ci il tarixli “hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant S.Əbiyev 1997-ci il yanvarın 7-də əmr imzalamışdır.