Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2 yanvar 1997-ci il tarixli “hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant S.Əbiyev 1997-ci il yanvarın 7-də əmr imzalamışdır. Əmrdə deyilir:
“1993-cü il iyulun 1-dək müddətli həqiqi hərbi xidmətə çağırılmış, eləcə də 1997-ci il fevralın 15-dək iki il və daha çox xidmət etmiş ali təhsilli əsgər, matros və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və qanunvericiliklə nəzərdə tutulmuş digər qoşun bölmələrindən 1997-ci il fevralın 15-dək ehtiyata buraxılsınlar.”