AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il yanvarın 14-dən 17-dək Brüsseldə NATO-nun qərargah-mənzilində Verifikasiya Əlaqələndirmə Komitəsinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə üzrə NATO-nun informasiya kompüter sistemi çərçivəsində informasiya mübadiləsinin həyata keçirilməsinin praktiki məsələlərinə həsr edilmiş seminar keçiriləcəkdir. Seminarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.