AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə naziri general-leytenant S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 oktyabr 1996-cı il tarixdə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmişdir.
29-30 oktyabr 1996-cı il tarixdə Minsk şəhərində Tərksilah üzrə Müştərək Məsləhətçi komissiyasının 10-cu növbəti iclası keçiriləcək.
29-30 oktyabr 1996-cı il tarixdə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB iştirakçısı olan dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
28-31 oktyabr 1996-cı il tarixdə Azərbaycan Respublikası və Rusiya Federasiyası dövlət sərhədinin delimitasiyası üzrə dövlətlərarası komissiyalarının rəsmi görüşü olacaqdır.