29-30 oktyabr 1996-cı il tarixdə Minsk şəhərində Tərksilah üzrə Müştərək Məsləhətçi komissiyasının 10-cu növbəti iclası keçiriləcək. İclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. ATƏT-in Lissabon sammitinə hazırlıq haqqında.
2. Avropada Adi Silahlı Qüvvələrin məhdudlaşdırılması (AASQM) haqqında Müqavilənin modernləşdirilməsi üzrə işin gedişi və perspektivləri.
3. Kimyəvi silah üzrə konvensiyanın qüvvəyə minməsilə bağlı işlərin vəziyyəti haqqında.
Azərbaycan Respublikası Tərksilah üzrə Müştərək Məsləhətçi komissiyasının üzvü olmadığına görə, iclasda respublika Müdafiə Nazirliyinin nümayəndəsi müşahidəçi kimi iştirak edir.