AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
29-30 oktyabr 1996-cı il tarixdə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB iştirakçısı olan dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda 12 məsələ müzakirə ediləcəkdir. Oktyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Düşənbə şəhərinə getmişdir.