AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin dəvəti ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İsmayıl Haqqı Qaradayı bu il iyunun 24-dən 26-dək Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin dəvəti ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İsmayıl Haqqı Qaradayı 1996-cı il iyunun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlir.
1996-cı il iyunun 14-də NATO-nun Brüsseldəki qərargah-mənzilində Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ölkələrin müdafiə nazirlərinin növbəti müşavirəsi keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev 1996-cı il iyunun 6-dan 11-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Türkiyə Respublikasının Müdafiə nazirinin dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev 6 iyun 1996-cı il tarixdə Türkiyə Respublikasına rəsmi səfərə getmişdir.