Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir - VİDEO 28 Sentyabr 2020 06:32

Azərbaycan Ordusunun bölmələri düşmənin döyüş texnikasını sərrast atəşlə məhv etməyə davam edir.

Ermənistan tərəfi dezinformasiya yaymaqla öz itkilərini gizlətməyə çalışır 28 Sentyabr 2020 00:35

Ermənistan müdafiə nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir.

Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib - VİDEO 27 Sentyabr 2020 20:15

Qoşunlarımızın keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı 27 Sentyabr 2020 19:05

Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara alıram:1.

Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub 27 Sentyabr 2020 18:28

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO 27 Sentyabr 2020 18:18

Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb.

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib 27 Sentyabr 2020 16:29

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - VİDEO 27 Sentyabr 2020 15:57

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO 27 Sentyabr 2020 15:05

Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks-həmlə əməliyyatı nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikaları məhv edilib.

Azərbaycan Ordusu işğal altında olan bir sıra kəndlərimizi və vacib yüksəklikləri azad edib 27 Sentyabr 2020 14:00

Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib.