Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2019 10:03

"Azərbaycan Ordusu" qəzeti №92 (2409)

“Xidmətimizi uğurla davam etdiririk”

Ordu sıralarında xidmət edən gənclərin döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlıqlarının da yüksək olması əsas şərtdir. Hər bir komandir çalışır ki, şəxsi heyət yüksək döyüş ruhunda, heç bir çətinlik çəkmədən uğurla xidmət etsin. Bunun üçün də komandir heyəti tabeliyində olan əsgərlərə daim diqqət və qayğı göstərir, onlara doğma münasibət bəsləyir, xidmətləri ilə yaxından maraqlanır...davamı



“Mən də əsgərlərimlə fəxr edirəm”


Ön xətdə yerləşən hərbi hissədə torpaqlarımızın bütövlüyü uğrunda öz borcunu layiqincə yerinə yetirən hərbi qulluqçulardan biri ilə - baş gizir Teymur Ələkbərovla görüşdük. Görüşümüz də səbəbsiz deyildi. Hərbi hissənin zabiti Firudin Əzizov Teymur Ələkbərovu geniş hərbi biliyə malik, tabeliyində olan şəxsi heyətə qayğıkeş bir hərbi qulluqçu kimi dəyərləndirdi...davamı



“Qürurlanıram ki, həm də hərbi qulluqçuyam”

Xəyalına da gəlməzdi ki, hərbçi olacaq. Hərbçi peşəsinə böyük ehtiramı olan gənclərdən biri də o idi. Sinif yoldaşlarına deyərdi ki, oğlan olsam, hərbçi peşəsini seçərdim. Bu kəlmələri eşidən sinif yoldaşlarından neçəsi onun fikrini dəyişib hərbçi peşəsini seçdiyini bilmir. Hər halda, bu fikir təsirsiz ötüşə bilməzdi...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Döyüş hazırlığında, döyüş növbətçiliyində təhlükəsizlik qaydalarına riayət edilməsi, hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

 

Suallar:

1. Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı əsas təhlükəsizlik tələbləri.

2. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi...davamı

   
Voleybol üzrə ordu birinciliyi başa çatdı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi plana əsasən, 18-23 noyabr tarixlərində voleybol üzrə ordu birinciliyi keçirildi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalında təşkil olunan yarışda hərbi birləşmələri, qoşun növü və qismləri, xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 14 komanda öz güclərini sınayırdı...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı