Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu: Ermənilərin əzəli Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasəti.
Suallar:
1. Ermənilərin əzəli Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasətinin formalaşması tarixi.
2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsi və tarixi ədalətin bərpası uğrunda mübarizə...davamı
Yaddaşlara hopan tarixi gün
15 sentyabr 1918-ci il xalqımızın tarixində Bakının erməni-bolşevik qüvvələrindən azad olunduğu gün kimi qalıb. Bu tarixi gün hər birimiz üçün şərəflidir.
1918-ci ilin avqust-sentyabr aylarında Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsi uğrunda gərgin döyüşlər başlanır. Göyçaydakı ilk döyüşdə daşnak-bolşevik qüvvələri birinci həmlədə məğlub olub geri çəkilir. Beləliklə, avqustun ilk günlərində Bakı şəhəri uğrunda qanlı döyüşlər alovlanır.
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun zabit və əsgərləri döyüşlərdə qəhrəmancasına vuruşur...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı