Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2019 10:34

"Azərbaycan Ordusu" qəzeti №68 (2385)

Qələbəyə gedən yolun açıq olsun!

Yayın qızmarında, qışın sazağında Vətənin keşiyində dayanan hərbçilərimizə ön xətt bölmələrində xidmət etmək nə qədər fəxrlidirsə,  onlarla görüşüb arzu və istəklərini, şərəfli xidmətlərinin bir anını yazıya köçürmək biz jurnalistlər üçün bir o qədər qürurvericidir. Gecə-gündüz ön xətdə sinəsini düşmənə sipər edən oğulları təbiətin dəyişkənliyi qorxutmur. Onlar döyüş növbətçiliyini sayıqlıqla aparır, düşmənin törətdiyi təxribatların qarşısını cəsarətlə alırlar...davamı



Zirvələr fəth edilmək üçündür

Övladının yaxşı əməllərini gördükcə, xoş xəbərlərini eşitdikcə valideyn illərinin hədər getmədiyinə sevinir. Çəkdiyi əzab, yorğunluq əriyib gedir övladına qətiyyətlə baxan gözlərində. Sevinc  dolu gözlər deyir ki, özündən sonra nəslin davamçısı olacaq layiqli varisi yetişib, Vətən torpaqlarını şərəflə qoruya biləcək bir oğul böyüdüb,  sonra bu ev sahibsiz qalmayacaq...davamı



“Dövlət sərhədlərimizin bu  üzündə səngər olmayacaq!”

İctimaiyyətin istəyini, niyyətini ifadə edən bu gözəl fikri, gərəkli fikri, dövlətçiliyə sədaqəti şərtləndirən fikri ön xətdə ezamiyyətdə olanda səngərdə bir səmimi söhbət zamanı əsgərlərdən eşitmişdim. "Mən azərbaycanlıyam!", - deyənlərin könül mülkünün sultanı olası belə qadir fikri böyük ehtiramlarla vətənsevərlər düşüncələrinə necə hopdurursa, mən də eləcə hopdurmuşdum. Ötən ezamiyyətdən bəri yaddaşımdan da, düşüncələrimdən də üzülməyən bu kəlamı da, Faxralıda eşitdiyim  bir deyimi də səngərdə yenidən xatırlayıram...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı