Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2019 12:25

"Azərbaycan Ordusu" qəzeti №67 (2384)

“Aprel döyüşləri ordumuzun şanlı tarixi qələbəsidir”

Minilliklərə söykənən qəhrəmanlıq ənənələrimizi yaşadan oğullar zaman-zaman yadelli işğalçılara qarşı Vətən, torpaq uğrunda döyüşlərdə xalqımızın şanlı hərb salnaməsini yaratdılar. Düşmənə "Torpaqdan pay olmaz" dedilər igid ərənlər, qoç Koroğlunun, Dəli Domrulun, Qazan xanın, Babəkin, Xətainin, Cavad xanın övladları. Bu torpaqlar əcdadlarımızın, ata-babalarımızın ruhunu özündə yaşadır deyə, onun uğrunda canlarını fəda etdilər. Tarixin ən sərt dönəmlərində xalqımızın varlığı, yaşarılığı naminə ər oğullarımız torpaq uğrunda ayağa qalxdılar, həyatlarından keçib şəhid oldular, Ana Vətənimizi qorudular...davamı



“Bir anam sənsən, biri Vətəndi!..”


Böyük Vətən müharibəsində tarixi qələbədən 74 il keçir. O illərdə söz, bu anlamda şeir də müsəlləh əsgər idi. Səməd Vurğunun "Ananın öyüdü" kimi şeirləri döyüşən ordunun qələbə ruhunu kükrədirdi. Şairin təqdimatında azərbaycanlı anaların əsgər oğullarına dedikləri  öyüd-nəsihətləri də bu kükrəyişə qarışırdı. "Oğul, bir anan mənəm, bir anan Vətəndi. Vətənini ananı qoruduğun kimi qoru...", - kəlmələri əsgərin gözlərinin nurunu, dizlərinin taqətini, ürəyinin təpərini artırırdı. Aradan illər keçsə də, bu öyüd-nəsihət yaşayır, yaşadılır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı