Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2019 10:28

"Azərbaycan Ordusu" qəzeti №66 (2383)

Fədakarlıq

Şəxsi heyətin döyüş hazırlığı həm də təlimlərlə bağlıdır. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən təlimlər hərbi qulluqçuların bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xidmət edir. Eyni fikirlər Hərbi Hava Qüvvələrinə də aiddir. Pilotlarımızın döyüş hazırlığı təlim-məşq uçuşlarıyla təkmilləşir, onların peşəkarlığı artır. Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşunda Hərbi Hava Qüvvələrimizin MiQ-29  təyyarəsi qəzaya uğradı. Dənizdə axtarışlara başlanıldı. Axtarışlarda bir sıra aidiyyəti qurumlarla birgə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti də iştirak edirdi. Keçirilən axtarış əməliyyatlarında iştirak edən xidmət rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov əməkdaşımızın suallarını cavablandırıb...davamı




Türk dünyasının qəhrəmanlıq salnaməsi

XX əsrin əvvəlləri Türkiyənin dövlətçilik tarixində yeni bir səhifə açaraq, qurtuluş müharibələri, istiqlal illəri kimi tarixləşdi. 1914-1918-ci illəri əhatə edən Birinci Dünya müharibəsində məğlub olan Osmanlı dövlətinin ərazilərinin imperialist dövlətlər arasında bölüşdürülməsi planının qarşısı əzmkar türk xalqının milli mübarizəsi sayəsində qətiyyətlə alındı. Türk milləti dünyanın müstəmləkəçi dövlətlərinin parçalama siyasətini iflasa uğradıb istiqlal mübarizəsinə başladı və bu ölüm-dirim mübarizəsindən qalib çıxdı. 30 avqust Türkiyə Respublikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı...davamı




Alabinoda qazanılmış uğurlar

Mərhum xalq şairi Zəlimxan Yaqub ordu haqqında məşhur şeirində bir qədər sərt olsa da, haqlı olaraq deyir: Ordum varsa, yurdum var, ordum yoxsa, yurdum yox. Bu gün Silahlı Qüvvələrimizin qürur yerimiz olduğunu təkcə beynəlxalq ekspertlərin hazırladığı reytinq siyahısı, düşmənin təmas xəttində aldığı zərbələr göstərmir. Müstəqillik illərində nail olduğu güc və qüdrəti ordumuz həm də Rusiyanın təşəbbüsü ilə artıq beşinci dəfə keçirilən "Beynəlxalq Ordu Oyunları"nda dünyaya nümayiş etdirir...davamı




“Xalq ordusuna inanır, ordu xalqına güvənir”

Bu günlərdə Qaradağ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayon Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ön xətdə yerləşən "N" hərbi hissədə tədbiri keçirildi. Həmin gün YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının bir qrup fəal üzvü hərbi hissədə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış oldu, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə etdi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı