Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2019 11:35

"Azərbaycan Ordusu" qəzeti 6 iyul 2019-cu il №52 (2369)

“Ölkəmizin hərbi qüdrəti güclənir”

Ali Baş Komandan İlham ƏLİYEV: Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır...davamı








“Spasskaya Başnya” XII Beynəlxalq Hərbi Musiqi festivalında ilk dəfə olaraq Azərbaycan Ordusu da təmsil olunacaq

Azərbaycanın milli musiqi sənəti zəngin və çoxəsrlik tarixə malikdir. Yüksək musiqi duyumu ilə dünya xalqları içərisində seçilən xalqımızın yaradıcılıq istedadını, bədii təfəkkürünü özündə əks etdirən milli musiqi nümunələrimiz, xalq mahnılarımız min illərin sınağından keçərək bu gün də dünyaya səs salır, sevilə-sevilə dinlənilir, könülləri oxşayır. Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, milli musiqimizin də inkişafı, dövlətçiliyimizin təşəkkülündə və tərəqqisində misilsiz rol oynamış, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır...davamı








Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu:  Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin, döyüşdə isə müvəffəqiyyətin əsas prinsipi və şərtidir.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Silahlı Qüvvələrin İntizam Nizamnaməsindən istifadə etməli, bölmədə hərbi intizamın vəziyyətini və xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.
Suallar:

1. Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin əsas prinsipidir.

2. Möhkəm hərbi intizam döyüşdə müvəffəqiyyətin əsas şərtidir...davamı








“Yaxın vaxtlarda Böyük Qələbədən reportajlar oxuyacağıq”

Yenə ön xətdə "N" hərbi hissəsində tanıdığımız-tanımadığımız əsgərlərimizin əhatəsindəyik. Tanıdıqlarımızı ki, tanıyırıq, tanımadıqlarımızı da doğmalarımız bilirik. Səmimi görüşdü; belə bənzərsiz bir səmimiyyətin cazibəsində eyni mətləbin - Vətən sevgisinin eyni istəkli tərəfdaşlarıyıq. Belə məqamlara, belə görüşlərə, belə kəlmələşmələrə xalq şairi Zəlimxan Yaqub ömürə yazılan dəqiqələr deyərdi. Ömrümüzə yazılan dəqiqələrin könül xoşluğunu ön xətdə öz bəşəri dəyərində ifadə etməyə uyarlı söz tapa bilmirəm; təbiətin gözəlliyini əsgərlərdən eşitdiyim gözəl sözlərin gözəlliyi tamamlayır...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı