Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2019 10:56

"Azərbaycan Ordusu" qəzeti 5 iyun 2019-cu il №43 (2360)

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin ildönümü qeyd olundu

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin yaranmasından 26 il ötür. Bu zaman kəsiyində Mərkəz tərəfindən çox böyük işlər görülüb, böyük işlərin altından böyük insanların imzası atılıb. Mərkəz yarandığı gündən etibarən hər zaman cəmiyyətdə və ordu həyatında ictimai rəyi formalaşdıran əsas vasitələrdən biri olub. Bu baxımdan milli-mənəvi dəyərlərin təbliğində Mərkəzin rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi özünəməxsus fəaliyyət yolu keçib. Şərəfli, zəhmət və əziyyətlə dolu bir yol...davamı








“Hərbi hissəmizdə hər cür şərait yaradılıb”

Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində, ordumuz regionun ən güclüsüdür. Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığı digər ordularla müqayisəedilməzdir. Bütün bunlar maddi-texniki bazanın gündən-günə güclənməsi, əsgərlərimizlə keçirilən məşğələlərin yüksək səviyyədə olması hesabına nail olunub. Günün nizam qaydasına uyğun olaraq şəxsi heyətlə mütəmadi olaraq taktiki, atəş, sıra, mühəndis və fiziki hazırlıqdan dərslər keçirilir...davamı








“Yarışlar bizi bir yumruq kimi birləşdirir”

Azərbaycan Ordusunda şəxsi heyətin asudə vaxtının səmərəli keçməsinə xüsusi diqqət yetirilir. Asudə vaxtda hərbi qulluqçularla müxtəlif növ yarışlar da keçirilir. Yarışlar əsgərlərimizin zehni inkişafında, gücünün və dözümlülüyünün artmasında müstəsna rol oynayır. Bu mənada ən qədim və geniş yayılan yüngül atletika yarışlarının keçirilməsi vacibdir...davamı






"Azərbaycan Ordusu" qəzetinin tam variantı