Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 45 (2553)

Zəfər tariximizin başlanğıcı:  15 İyun - Milli Qurtuluş Günü

Dünyada çox az düha sahibinə tərk etdiyi mübarizə meydanına bir daha geri dönmək, tarixi qayıdış etmək hünəri qismət olub. Tarixi qayıdış bəşər övladına nəsib olan dühalıq siması müstəsna müdriklik keyfiyyətidir. Şəxsiyyətin iradə tükənməzliyi insan gücünün dönməzlik ifadəsidir. Tarixi qayıdış xalqa, Vətənə bağlılığın, saflıq və müqəddəsliyin doğurduğu ecazkar qüvvə, əlçatmaz yüksəklikdir. Tarixi qayıdış xalqın gücünün və əzəmətinin dirçəlişi deməkdir. Bəli, dahi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi qayıdışı ilə ölkəmiz əzəmətli dəyişikliklərə, milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə nail oldu. Bu, bir həqiqətdir. Məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün ömrünü xalqımızın firavan həyatına, xoşbəxt gələcəyinə sərf etdi, milli dövlətçiliyimizin banisi kimi Azərbaycan xalqının Ümummilli Lideri oldu...davamı



Qalib ordunun əsgəri olmağımla qürur duyuram

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsində ona görə qalib gəldi ki, iqtisadi cəhətdən qüdrətli bir dövlət kimi, həm də güclü orduya malikdir. Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən isə əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığı, düşmənə qarşı eyni əqidə ilə yumruq kimi birləşərək Ali Baş Komandanın rəhbərliyi altında mübarizə aparmasıdır. Məhz bu birlik sayəsində rəşadətli Azərbaycan Ordusu hədəfinə çatmağı bacardı, böyük Qələbəyə imza atdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bu möhtəşəm qalibiyyəti dünyaya səs saldı. O günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibələrinin birində deyirdi: "Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib"...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı