Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2021 13:32

"Azərbaycan Ordusu" qəzeti № 33 (2541)

“Vətən müharibəsi qəhrəmanlarının döyüş yolu örnəkdir”

Həyatının gənc çağını Vətənə xidmətə həsr edən əsgər və zabitlərimizlə görüşməkdən, söhbətləşməkdən fərəhlənirəm. Qürur hissi keçirirəm ki, bu gün ürəyi Vətən eşqi ilə döyünən Azərbaycan əsgəri torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır, övladlıq borcunu layiqincə yerinə yetirir. Onlarla həmsöhbət olduqca bir daha əmin oluram ki, hərbi xidmətə yollanan hər bir gəncdə vətənpərvərlik hissi yüksəkdir...davamı 

 

Böyük uğurlar qazanmaq əzmi...

Müharibələr zamanı düşmənə qalib gəlməyin, onu məğlub etməyin əsas amillərindən biri də sərəncamında olan canlı qüvvədən, silah-sursatdan və zirehli texnikadan bacarıqla istifadə etməkdir. Əgər sərkərdə bundan bacarıqla istifadə edirsə, deməli, qələbəni daha da tezləşdirmiş və düşməni qısa zamanda məğlubiyyətə uğratmış olur...davamı

 

“İctimai-siyasi hazırlıq dərslərinin önəmi böyükdür”

Bu gün rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində geniş islahatlar aparılır. Əsgərlərimizin vətənpərvərlik ruhunun və mənəvi-psixoloji vəziyyətinin yaxşılaşması üçün təcrübəli və peşəkar komandir heyəti əllərindən gələni əsirgəmirlər. Keçirilən məşğələlər şəxsi heyətdə milli-mənəvi dəyərlərimizə daha sıx bağlılıq aşılayır...davamı

 

Sıra hazırlığı yüksək intizam aşılayır

Rəşadətli Azərbaycan Ordusunun bütün bölmələrində hərbi xidmət keçən gənclərə tələb olunan bütün təlim-məşqlərin keyfiyyətlə keçirildiyi hamıya bəllidir. Gənclər xidmətə gəldiyi gündən nizamnamə ilə təyin olunmuş fəaliyyətlərlə məşğul olurlar. Keçirilən dərslər onların nizam-intizamlı, silahlardan istifadə etməyi bacaran, bir sözlə, yüksək döyüş hazırlıqlı əsgərlər kimi formalaşmasında mühüm rol oynayır...davamı

 

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: 1918-1920-ci illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu...davamı

 

“İşimizə böyük sevgi ilə yanaşırıq”

"N" hərbi hissəsində şəxsi heyətin məişət şəraiti ilə yaxından tanış olmaq imkanı qazandıq. Hərbi hissədə müasir standartlara cavab verən qazanxana, yeməkxana, yataqxana, camaşırxana, istirahət, bərbər və hamam otaqları şəxsi heyətin istifadəsinə verilib. Diqqətimizi müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunan camaşırxana cəlb etdi...davamı

 

Əsgərlərimizin sosial-məişət şəraiti yüksəkdir

Ulu Öndərimizin  siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, illər sonra azad edilən ərazilərdə, çöl və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatının gücləndirilməsi və müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində fəaliyyətlər uğurla davam etdirilir...davamı

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı