Milli Qurtuluşdan zəfərə doğru
Tarixi əhəmiyyəti baxımından dahi tarixi şəxsiyyət Heydər Əliyevin fəaliyyəti təkcə Azərbaycanda deyil, bütün dünyada gedən proseslərlə də bağlı olub.
Tarixin çətin sınağı ilə qarşılaşanda xalq yeganə və düzgün qərar qəbul etməlidir. 1993-cü ilin iyununda Azərbaycan xalqı öz tarixi müdrikliyinə söykəndi və son dərəcə düzgün qərar qəbul etdi, böyük tarixi şəxsiyyət ümummilli lider Heydər Əliyevi təkidlə respublika rəhbərliyinə dəvət etdi...davamı
“Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır”
Sözlər də, fikirlər də düşüncələr üçündü. Kəlam qüdrətində olmayan söz-fikir, belə söz-fikirlərdən ibarət fikir düşüncələrə hopa bilmir. Belə fikirlər ictimaiyyət üçün maraqlı deyil. Düşüncələrə hopan söz-fikir yaşarı, bəlkə də bəşəri kəlamlardı. Belə kəlamlar vətəndaşın fəaliyyətini dövlət üçün, dövlətçilik üçün gərəkli məcraya yönəldir. Bu fikirlər orduya, ordu quruculuğuna da aiddir...davamı
Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.
Suallar:
1. Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir.
2. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır...davamı
Veteranların döyüş yolu gənclərimizə örnəkdir
Böyük Vətən müharibəsindən neçə onillər keçir. O döyüşlər də unudulmur, o döyüşlərin iştirakçıları da. Böyük tarixi şəxsiyyət Heydər Əliyev veteranlara xüsusi diqqət göstərirdi. Onlara bu duyğusal münasibət daha əhatəli şəkildə davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev veteranların qayğılarının, problemlərinin həlli istiqamətində müvafiq sərəncamlar imzalayıb...davamı
“Xidmətdə dostuq, yarışda rəqib”
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin mövqeyində olduğumuz zaman yaradılan sosial-məişət şəraiti ilə tanış olduq. Yataqxanadakı səliqə-sahman, təmizlik göz oxşayırdı. İstirahət otağında isə Vətənin keşiyində dayanan hərbi qulluqçular arasında maraqlı oyun gedirdi. Onlara yaxınlaşıb fikirlərini öyrənmək qərarına gəlirik.
Əsgər İsmayıl Quluzadə Vətənin keşiyində dayanmaq kimi müqəddəs vəzifənin öhdəsindən gəldiyindən qürur duyduğunu bildirdi...davamı
Gənc əsgərlər ekskursiyada olublar
Həyatın başaçılmaz qəribəlikləri, yaşantıların üzüdönüklüyü, insafın-mürvətin tükənməsi, atılan addımın məsuliyyətinin dərk edilməməsi bəzən illərlə bəzən də son nəfəsəcən qəhər yaradır. Bu qəhər hansı səbəbdən olursa-olsun, ata-ana qayğısından məhrum olan uşaqların gündüzlər düşüncələrində, gecələr yuxularındadı...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı