Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2019 12:30

"Azərbaycan Ordusu" qəzeti 1 may 2019-cu il №33 (2350)

“Döyüşə biz də hazırıq”

Artilleriya qoşunlarının döyüş prosesində mühüm əhəmiyyətə malik olması danılmaz faktdır. Bu gün dünyada baş verən beynəlxalq və regional münaqişələrdə artilleriya  istənilən döyüşün müqəddəratını dəyişmək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşləri də münaqişənin gedişində artilleriyanın əhəmiyyətini sübut etdi.
Azərbaycanın hərb tarixinə nəzər salsaq görərik ki, bu torpaq çoxlu sayda təcrübəli artilleriyaçılar yetişdirib. Döyüş meydanında öz sözünü demiş görkəmli artilleriyaçılarımız - Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov, Yaqub Qasımov irsinin davamçıları olan gənc topçularımız da öz üzərlərində daim çalışır, bilik və bacarıqlarını artırırlar...davamı








Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu:  Əsgərin hərbi xidmətə sosial-psixoloji adaptasiya olunması.
Suallar:
1. Sosial-psixoloji adaptasiyanın mahiyyəti.
2. Sosial-psixoloji adaptasiyanın mərhələləri.
3. Orduda döyüşçünün formalaşması...davamı








Hərbiləşdirilmiş kross yarışının qalibləri mükafatlandırıldı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi plana əsasən, hərbiləşdirilmiş kross üzrə ordu birinciliyi idman yarışının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təntənəli bağlanış mərasimi keçirildi.
Hərbiləşdirilmiş kross üzrə keçirilən yarış döyüşçülərə zəruri keyfiyyətləri aşılayan idman növlərindəndir. Artıq neçə illərdir ki, bu idman növü ordumuzda fəaliyyət hüququ qazanıb. Hərbiləşdirilmiş kross idmançılarda cəldlik, dözümlülük, silahlardan məharətlə istifadə etmək bacarığı, sərrastlıq tələb edir. Ona görə də bu idman növü hərbçilərin peşəkarlıq qazanmasında mühüm önəmə malikdir...davamı






"Azərbaycan Ordusu" qəzetinin tam variantı