Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir - VİDEO 19 Sentyabr 2017 11:02

“TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

HHM qoşunları bölmələrinin birində növbəti yaşayış kompleksi istifadəyə verilib 19 Sentyabr 2017 09:43

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıblar.

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib 18 Sentyabr 2017 17:30

Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissəyə gələrək ümummilli liderimiz Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstünün önünə gül dəstələri qoyub və ehtiramını ifadə edib.

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verilib 18 Sentyabr 2017 16:57

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə naziri “TurAz Qartalı - 2017” təlimlərinin açılış mərasimində iştirak edib 18 Sentyabr 2017 13:11

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.

Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb - VİDEO 18 Sentyabr 2017 11:22

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb 18 Sentyabr 2017 09:45

Sentyabrın 18-dən ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb.

“TurAz Qartalı-2017” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO 16 Sentyabr 2017 15:40

“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

Genişmiqyaslı təlimlər keçiriləcək 16 Sentyabr 2017 11:23

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır.

"Azərbaycan Ordusu" qəzeti - №69 (2186) 16 Sentyabr 2017 10:47

Döyüş əmri gözləyirik!Mən əsgərəm.