Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib 13 Avqust 2017 10:33

Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 12-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib 12 Avqust 2017 18:18

“Dəniz kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 23-də Azərbaycana gələn Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket və “SB-45” xilasetmə yedək gəmiləri avqustun 12-də Bakı limanını tərk edib.

"Azərbaycan Ordusu" qəzeti - №60 (2177) 12 Avqust 2017 11:04

Qalib divizionQəzetimizin ötən nömrələrində "Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda yarışların keçirilməsi barədə məlumat vermişdik.

Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi əsgərlərlə görüş keçirib 11 Avqust 2017 18:14

Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirib.

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib - VİDEO 11 Avqust 2017 16:26

Avqustun 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində III Beynəlxalq Ordu Oyunları çərçivəsində təşkil edilən “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə naziri Moskva şəhərinə səfərə gedib 11 Avqust 2017 12:48

Avqustun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

“Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qalibləri müəyyən olunub 10 Avqust 2017 18:21

Avqustun 10-da Azərbaycan HDQ-nin bazasında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.

“Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında mini-futbol yarışı təşkil olunub 10 Avqust 2017 12:39

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi, Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

“Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin son epizodu başa çatıb - VİDEO 10 Avqust 2017 10:22

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər.

Monitorinq baş tutdu 9 Avqust 2017 13:13

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 9-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.