Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan tankçıları "Tank biatlonu" müsabiqəsində yarımfinala vəsiqə qazanıb 7 Avqust 2016 09:00

"Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan tankçıları müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək yarımfinala vəsiqə qazanıblar.

Müdafiə naziri İranın Azərbaycandakı səfiri ilə görüşüb 5 Avqust 2016 09:00

Avqustun 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin ilə görüşüb.

Azərbaycan, Rusiya və Qazaxıstan hərbi dənizçilərinin iştirakı ilə "Xəzər Kuboku-2016" müsabiqəsində hava və dəniz hədəfləri üzrə atışlar keçirilib 5 Avqust 2016 09:00

"Xəzər kuboku - 2016" müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya və Qazaxıstan hərbi dənizçiləri Xəzər dənizinin poliqonlarında ilk olaraq "hava hədəfləri"nə atışlar keçiriblər.

Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb 5 Avqust 2016 09:00

Avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

Müdafiə naziri Silahlı Qüvvələrimizin xarici ölkələrdəki hərbi attaşeləri ilə görüşüb 4 Avqust 2016 09:00

Avqustun 4-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələri ilə görüşüb.

Azərbaycan ilə Böyük Britaniya Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub 3 Avqust 2016 09:00

Avqustun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Karol Krofts ilə görüşüb.

Monitorinq baş tutdu 3 Avqust 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 3-də Azərbaycan Respublikası Ağdam rayonu Orta Qərvənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb 3 Avqust 2016 09:00

Avqustun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun ilə görüşüb.

Cəbhəboyu zonada zabit ailələri üçün daha bir yaşayış kompleksi və yeni hərbi şəhərcik istifadəyə verilib 2 Avqust 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 2 Avqust 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 3-də Ağdam rayonu Orta Qərvənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.