Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Kəşfiyyatçıların hazırlıq səviyyəsi yoxlanılır 5 Noyabr 2016 09:00

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin kəşfiyyat bölmələri ilə hazırlıq məşqləri keçirilir.

Silahlı Qüvvələrdə "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında keçirilən hərbi-vətənpərvərlik həftəsi davam edir 5 Noyabr 2016 09:00

Noyabrın 5-də Tovuz şəhərindəki Heydər Əliyev meydanında layihənin müəllifi polkovnik Abdulla Qurbani çıxış edərək hərbi-vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələr şəxsi heyətinin, həm də mülki əhalinin xalqımızın və dövlətimizin milli varlığının, istiqlalının və müstəqilliyinin rəmzi olan müqəddəs bayrağımıza sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

Cəbhə bölgəsində zirehli texnika bölmələrinin döyüş atışlı təlimləri başlayıb 4 Noyabr 2016 09:00

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır.

Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb 3 Noyabr 2016 09:00

Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü"ndə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib.

Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək 3 Noyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir 2 Noyabr 2016 09:00

Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verilib 2 Noyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Azərbaycanın Müdafiə naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb 1 Noyabr 2016 09:00

Noyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Noyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 Noyabr 2016 09:00

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2016-cı il tarixədək 77.501.135,23 AZN, 212.373,88 ABŞ dolları, 4793,69 avro və 5000,0 rubl vəsait daxil olub.

Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir 31 Oktyabr 2016 09:00

Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.