Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb 7 Fevral 2017 16:50

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anma mərasimi keçirilib.

Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib 7 Fevral 2017 12:40

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Şəhid Çingiz Qurbanov Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub 6 Fevral 2017 14:30

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid əsgər Çingiz Qurbanovla vida mərasimi keçirilib - VİDEO 6 Fevral 2017 10:45

Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanov ilə fevralın 6-da vida mərasimi keçirilib.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 6 Fevral 2017 09:20

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Şəhidin cənazəsi Bakıya yola salınıb 5 Fevral 2017 15:00

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.

Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb 5 Fevral 2017 13:15

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb 3 Fevral 2017 10:30

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.

Cəbhəboyu zonada yeni hərbi şəhərciyin açılışı olub - VİDEO 2 Fevral 2017 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ordunun döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Məlumat 2 Fevral 2017 09:11

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.