Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başa çatıb 3 İyun 2017 16:12

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimi başa çatıb.

"Azərbaycan Ordusu" qəzeti - 3 iyun 2017-ci il №42 (2159) 3 İyun 2017 11:00

Artilleriyaçıların hazırlığı möhkəmlənir “Ən yaxşı artilleriya divizionu”Silahlı Qüvvələrdə şəxsi heyətin döyüş ustalığını artırmaq üçün kompleks tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olub 2 İyun 2017 13:14

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi praktik konfrans keçirilib 1 İyun 2017 19:16

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində ümummilli lider Heydər Əliyevin liderlik xüsusiyyətləri mövzusunda elmi praktik konfrans keçirilib.

NATO qiymətləndirməsi üzrə "Qaraheybət-2017" təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib 1 İyun 2017 18:31

İyunun 1-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib.

NATO nümayəndəsi Azərbaycan Sülhməramlıları ilə görüşüb 1 İyun 2017 14:55

Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.

Ermənistan silahlı qüvvələrinin iki hərbi obyekti dağıdılıb – VİDEO 1 İyun 2017 12:39

Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib 1 İyun 2017 11:20

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də Bakı vaxtı ilə saat 21.55-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşıka və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

İyunun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 İyun 2017 10:12

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2017-ci il tarixədək 82.414.536,16 AZN, 212.873,88 ABŞ dolları, 7436,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib 1 İyun 2017 09:49

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən mayın 31-də Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib.